“Ikea” kiçik mənzil və otaqlar üçün hazırlanmış yeni robotlaşdırılmış mebel sistemini elan edib. İnsider.az bunu “The Verge”-ə istinadla xəbər verir.
“Rognan” sistemi 2015-ci ildən, məsələn, tətbiq vasitəsilə açılan çarpayı kimi robotlaşdırılmış mebel tərtib edən amerikalı “Ori Living” startapı ilə şərik olaraq yaradılıb.
“Tanış olun, bu, bizim yeni robotumuz “Rognan”-dır. <...> O, sizin etiyacınızdan asılı olaraq dəyişir, istər yuxu, qonaq qəbulu və ya geyim seçimi olsun. Şəhərlərin əhalisi böyüyür, yaşayış sahəsi isə azalır. “Rognan” bu reallıq üçün məhsuldur. Planlaşdırılan buraxılış tarixi 2020-ci ildir”, — deyilir “Ikea”-nın “Instagram”-ında.
“Rognan” sisteminə sensor paneli vasitəsilə mebeli idarə etməyə imkan yaradan “Ori Living” tərtibat platforması quraşdırlıb.
Sistemin özündə otaq boyu yerini dəyişə və məkanın bölücüsü olaraq xidmət göstərə bilən böyük dolab ehtiva edir. Dolabın içində saxlama yerindən başqa, istənilən vaxt çıxarılması mümkün olan çarpayı, masa və divan var.
“Ikea” iddia edir ki, “Rognan” sayəsində yaşayış sahəsinin səkkiz kvadrat metrinə qənaət etmək olar.
Qeyd edək ki, sistem ilk əvvəl ancaq Honkonq və Yaponiyada əlçatan olacaq. “Rognan”-ın qiyməti hələ ki, məlum deyil.
Samirə Məmmədova