"Hyundai" şirkəti tıxaclarla mübarizə aparmaq və ekoloji çirklənməni minimuma endirmək məqsədilə yeni bir avtobus istehsal edib.
İnsider.az xəbər verir ki, şirkət bu məqsədlə özünün ilk dəfə istehsal etdiyi iki mərtəbəli elektrikli avtobusu təqdim edib.
Avtobus aşağı mərtəbədə 11 nəfər, yuxarı mərtəbədə isə 59 nəfər olmaqla 70 sərnişin daşıya bilir. Yeni avtobusun uzunluğu 13 metr, hündürlüyü isə 4 metrdir.
Avtobus 384 kWh gücündə polimer batareya ilə təchiz olunub. Batareyanı bir dəfə şarj etməklə maksimum 300 km məsafə qət etmək mümkündür. Batareyanın tam şarj olması isə 72 dəqiqə çəkir.
©Finans