huawei-yeni-sirket-tesis-edib

“Huawei” yeni şirkət təsis edib

Çinin “Huawei” şirkəti elektromobillərlə əlaqədar obyektlərə aid yeni texnologiyaların tədqiqi və hazırlanması ilə məşğul olacaq “Huawei Digital Energy Technology Co Ltd” adlı yeni elmi-tədqiqat şirkəti təsis edib.

Şirkət yeni enerji texnologiyaları, enerji bərpa sistemləri, elektromexanik rabitə sistemləri, müasir batareyalar və s. sahələrdə tədqiqat və işləmələrin təşkili üzərində çalışacaq. Yeni şirkət 100 faiz “Huawei Technologies” kompaniyası tərəfindən idarə olunur. “Huawei Digital Energy Technology Co Ltd”nin qurulmasına 500 milyon dollar sərmayə yatırılıb.