her-seyini-itirmis-7-zengin-varis

Hər şeyini itirmiş 7 zəngin varis

Bir çoxları böyük mirasa sahib olub gözəl yaşamaq istəyir. Lakin statistika kədərlidir: yoxsulluqdan çıxmış ailələrin 70%-i artıq ikinci nəsildə öz var-dövlətini itirir.

İnsider.az  aşağıda onlara miras çatmış mülkiyyəti artıra bilməyən 8 zəngin varisi təqdim edir:

Tori Spellinq

Miras: 1 milyon dollar

Tori Spellinq — ameriaklı aktrisa, ssenarist, prodüser və yazıçıdır. Məhşur “Beverli-Hillz, 90210” serialında Donna Martin rolu  sayəsində populyarlıq qazandı.

Mediamaqnat Aaron Spellinqin qızıdır. Aktrisa çoxlu sayda televiziya filmlərində iştirak edib. Onların arasında “Gözəlçənin ölümü” (1994) və “Ölüm qucağında” (1996) var. Həmçinin ““Hə” deyilən ev” (1997) və “Həmlə” (1999) kimi bir neçə müstəqil filmdə iştirak edib. 2009-cu ildə “90210: Yeni nəsil”-də çəkilir.

Torinin atası Aaron 2006-cı ildə iyunun 23-ü vəfat edir. Varisləri Tori, qardaşı Rendi və onların anası Kendi olur.

Aktrisa Aaronun 500 milyon dollar dəyərində qiymətləndirilən var-dövlətinin hissəsini almağa ümd edirdi. Qızı ilə küsülü olan Kendi Spellinq mülkiyyətin bolüşdürülməsilə sərbəst məşğul olurdu. Həm Tori, həm Rendi cəmi 800 min dollar ala bildilər. Məlum oldu ki, Kendi 10 milyon dollarlıq trast fondunu nəvəsi Liamın adına keçirib.

Tori heç vaxt qənaət etmək bacarığı ilə seçilməyib və bütün əlində olduğu pulları çox rahat xərcləyirdi. Anası ağır maliyyə vəziyyətinə düşən qızını bir neçə dəfə xilas etməli olurdu.

Təəccüblü deyil ki, əldə olunan miras da çox tez yox oldu. 2014-cü ilə ondan bir iz də qalmadı.

2016-cı ildə Torinin anası bildirdi ki, öz bədxərc qızının ev və digər xərclərini ödəməli olur.

2018-ci ildə Spellinq həyat yoldaşı ilə onların maliyyə durumunu tamamilə sarsıdacaq 1 milyon dollar məbləğində vergi ödəməyə məcbur oldular.

Klarissa Dikson Rayt

Miras: 29 milyon dollar

Britaniya televiziyasındakı kulinariya şousunun populyar aparıcısı Klarissa Dikson Rayt anasının 1975-ci ildə vəfatından sonra bugünkü hesabla 29 milyon dollar edəcək 3,7 milyon dollarlıq mirasa sahib oldu.

Həmin vaxt Dikson Rayt hörmətə sahib vəkil idi və pula ehtiyacı yox idi.

Lakin anasının ürək tutmasından qəflətən ölümü və ardı ilə atasının ölümü qadının depressiyaya düşüb alkoqola bağlanmasına səbəb oldu.

Lakin özünü ələ alaraq o, aşpaz kimi təhsil alıb öz kulinariya teleşousu və 1999- və 2000-lərdəki yazıçı karyerası sayəsində var-dövlətinin bir hissəsini geri qaytarmağa nail oldu.

Buna baxmayaraq, 2014-cü ildə vəfatından sonra onun borclarını ödəmək üçün Dikson Raytın şəxsi əşyalarının müəyyən hissəsinin satılması məcburiyyəti yarandı.

Con Harvi

Miras: 65 milyon dollar

Bristolun yeddinci markizi, ledi İzabella Harvi və ledi Viktoriya Harvinin ögey qardaşı Con Harviyə 21 yaşı olduğu vaxt,1975-ci ildə hazırkı dövrün hesabı ilə təxminən 65 milyon dollar edəcək 6 milyon dollarlıq miras çatıb.

30 yaşınadək o, neft, daşınmaz əmlak və kənd təsərrüfatına investisiya ayıraraq, var-dövlətini artırmağa nail olmuşdu.

Buna baxmayaraq, narkotikə aludə olub əyləncələrə, bahalı avtomobillərə, yaxtlara və zəngin həyatının digər atributlarına çoxlu pul xərcləyirdi.

Bir qədər sonra etiraf etdi ki, 10 ildən az müddət ərzində 9 milyon dollar kokain və heroinə xərcləyib. Narkotiklə bağlı cinayətlərə görə iki dəfə həbs olunub. Hətta o, Avstraliyadan deportasiya olmuşdu.

1990-ların əvvəlinə Harvi artıq müflis oldu. Borc içində üzürdü və öz malikanəsini satmalı oldu.

Harvi narkotiklərin də səbəb olduğu daxili orqanların işləməməyindən vəfat etdi.

Maurin O'Konnor

Miras: 85 milyon dollar

Siyasətçi Maurin O’Konnor öz gələcək həyat yoldaşı, “Jack in the Box” fastfud restoran şəbəkəsinin təsisçisi Robert O.Petersonla tanış olduğu vaxt San-Dieqonun şəhər şurasına seçilirdi.

1986-cı ildə O'Konnor San-Dieqonun meri seçildi. O, bu vəzifədə ilk qadın oldu və 1992-ci ilə kimi vəzifədə qala bildi.

1994-cü ildə əri öldüyü vaxt, O'Konnora bugünkü hesabla 85 milyon dollar edəcək 50 milyon dollarlıq miras çatdı. O'Konnor yoldaşının itkisini ağır keçirirdi, bir neçə yaxın dostlarının 2000-ci illərin əvvəlində vəfatı isə onu tamam sarsıtdı.

Qadın qumar oyunlarına aludə olub çoxlu pul xərcləyirdi. 2011-ci ildə ona beyin xərçəngi diaqnozu qoyuldu.

2000-2008-ci illərdə oyunlarda 1 milyard dollar udsa da, uduzduğu məbləğ daha iri idi.

2013-cü ildə mərhum yoldaşı tərəfindən təsis olunmuş qeyri-kommersiya təşkilatından 2,1 milyon dolları öz kazino borclarını bağlamaq üçün götürdüyü məlum olanda, O'Konnoru pulların yuyulmasında ittiham etdilər.

Məhkəmə ona bütün borcları ödəmək üçün hökm oxudu.

Barbara Hatton

Miras: 972 milyon dollar

Aktrisa Brbara Hatton 1933-cü ildə 21 yaşına çatanda 50 milyon dollar mirasa sahib oldu. Bugünkü hesabla inflyasiyanı da nəzərə alsaq, bu, 972 miyon dollar edir.

Aktrisanın var-dövlətə baxmayaraq uşaqlığı bədbəxt keçib.

Anası 1933-cü ildə özünü öldürüb, çox işləyən atası isə demək olar onun tərbiyyəsində iştirak etməyib.

Hatton sabahı düşünmədən özünə və məşuqlarına pul xərcləyirdi.

İri miqdarda məbləğlər hələ Mariya-Antuanettaya məxsus olan zinyət əşyaları daxil, cəvahirat, incəsət və bir çox bahalı əşyalara gedirdi.

Barbaranın sevgidə bəxti gətirmirdi. Onun iki şəhzadə daxil, yeddi əri, həmçinin çox baha başa gələn çoxlu sayda intriqa və romanları olub.

1979-cu ildə 66 yaşında ölüm anına çatanda o, müflislik həddində idi.

Hattinqton Hartford II

Miras: 1,3 milyard dollar

“A&P”-nin varisi Hattinqton Hartfort II ərköyün böyüdülmüş uşaq olub, ətrafında hər zaman onun istənilən kaprizini icra etməyə hazır çoxlu sayda qulluqçu və istədiyini alan valideynləri var idi.

Bu, ona çox baha başa gəldi. 11 yaşında Hartford atasını itirdi. Nəticədə ona 1,3 milyard dollarlıq miras çatdı.

Hartford Harvardda oxuyurdu, lakin elitar təhsilə baxmayaraq, pulla düzgün rəftar etməyi bacarmırdı.

O, uğur gətirməyən layihələrə - 30 milyon dollar dəyərində itkiyə səbəb olan rəsm qalereyasından tutmuş model agentliyi və Baham adalarında kurorta qədər – çox pul xərcləyirdi.

Şəxsi həyatı da bir o qədər uğursuz idi: bütün evlilikləri bahalı boşanmalarla nəticələnirdi.

1992-ci ildə müflis olduğunu elan edib icarəyə götürdüyü evdə qızı Culiyetlə birgə yaşadı. Hartford 2008-ci ildə vəfat etdi.

Klint Mörçison-kiçik

Miras: 1,4 miyard dollar

Klint Mörçison-kiçik neft maqnatı olan atasının 1969-cu ildə vəfat etdiyi vaxt 200 milyon dollarlıq var-dövlətlə zəngin oldu. İnflyasiyanı nəzərə almaqla, bugünə bu məbləğ 1,4 milyard dollar edə biərdi.

Mörçison-kiçiyin hansısa ciddi investisiyalara yatırım etməkdənsə, daha çox əylənmək xoşuna gedirdi.

1960-cı ildə o, 20 uğurlu mövsüm keçirən “Dallas Cowboys”-u təsis etdi.

Bundan savayı, neft, daşınmaz əmlak, restoran və hətta radiostansiyaya investisiya ayırırdı.

Onun bir çox investisiyaları uğursuz alındı, 1980-lərdə neft qiymətlərinin iflası baş verəndə isə o, çox böyük borca düşdü.

Mörçison nadir nevroloji xəstəlikdən əziyyət çəkirdi və əlillik kürsüsünə möhtac idi. 1985-ci ildə kreditorlara milyonlarla dollar borclu olduğu üçün müflislik ərizəsini verdi.

İki il sonra uşqalığını keçirdiyi sevimli evi daxil, bütün aktivlərini sataraq, vəfat etdi.

Samirə Məmmədova