gurcustanin-turizmden-builki-geliri-2-mlrd-dollari-otub

Gürcüstanın turizmdən builki gəliri 2 mlrd. dolları ötüb

Bu ilin avqust ayında Gürcüstan turizmdən 396,1 mln. dollar gəlir əldə edib.

İnsider.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının analitik hesabatında bildirilib.

İyul ayı ilə müqayisədə qonşu ölkənin turizmdən qazancı 21,4 mln dollar və ya 5,7% artıb.

Bu ilin yanvar-avqust aylarında isə Gürcüstanın turizmdən gəliri 2 226,8 mln. dollar təşkil edib. Gəlirin ən böyük hissəsi avqust, ən az hissəsi isə 164,5 mln. dollar olmaqla yanvar ayının payına düşüb.

©“Report”