gurcustanda-yeni-eskinas-dovriyyeye-buraxilir

Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılır

Gürcüstanda yeni əskinas dövriyyəyə buraxılacaq. 

İnsider.az xəbər verir ki, yeni 10 larilik əskinasları oktyabrın 1-dən  dövriyyədə görmək mümkün olacaq.

Milli Bankdan bildirilib ki, yenilənmiş banknotun üzərində Gürcüstanın mədəni-tarixi və ənənəvi dəyərlərini əks olunub.

Valyutanın üzərində gürcü rəssam David Kakabadze və "İmereti-mənim anam" əsəri təsvir edilib.

©APA