google-un-cografi-movqe-tarixi-cinayetkarliqla-mubarize-aparmaga-komek-edir

“Google”-un “Coğrafi mövqe tarixi” cinayətkarlıqla mübarizə aparmağa kömək edir

Bütün dünyada milyarddan çox insan “Google” hesablarından istifadə edir. Bununla belə, bir çoxları avtomatik aktiv olan “Coğrafi mövqe tarixi” funksiyasının mövcudluğu barədə təxmin belə etmirlər.

İnsider.az “Vesti”-yə istinadla xəbər verir ki, axtarış sistemi istifadəçilərin lokasiyasını və yerdəyişməsini təsbit edir. Xüsusilə də, bunu “Android” smartfonları istifadəçiləri ilə etmək daha rahatdır.

“Google” bu verilənləri reklam targetləşdirilməsi və öz servislərinin yaxşılaşdırılması üçün istifadə edir. Lakin “The New York Times”-ın geniş məqaləsində yazıldığına görə, bu verilənlər polis istintaqlarında daha tez-tez alətə çevrilir.

ABŞ-ın digər şirkətləri kimi, “Google” da hüquq mühafizə orqanlarına hüquqi sorğu əsasında istintaq zamanı kömək ola biləcək istənilən məlumatları təqdim etməlidir. Lakin “The New York Times”-ın yazdığına əsasən, “lokasiya tarixinin” istifadəsi bəzi hallarda barmaqlıqlar arxasına günahsızları atır.

Xəbər portalı hüquqmühafizə orqanlarının “Google”-a edilən yeni sorğu növü barədə məlumat verir: haradasa cinayət işləndikdə, axtarış servisindən müəyyən vaxta görə bu sahə üzrə yerləşmə bazasından olan verilənləri tələb edirlər. Axtarış servisinin əməkdaşları bu nəhəng məlumat anbarını “Sensorvault” adlandırır. Əvvəlcə o məkanda yerləşən bütün “Google” hesablı cihazlar barədə anonimləşdirirlmiş verilənlər təqdim edilir, bundan sonra isə polis bu məlumat massivində potensial şübhəli və şahidləri axtarır və bu səfər qeyri-anonimləşdirməyə təkrar sorğu göndərir.

Məsələn, belə sistemə görə, “The New York Times”-ın yazdığına əsasən, Arizona sakini Xorxe Molina polis onun günahsız olduğunu müəyyən etməyənədək, həbsdə bir həftə keçirmişdi. Hüquq mühafizə orqanlarının məlumatına görə, qatilin və  Molinanın avtomobilləri bənzər olduğu, həmçinin “Google” məlumatları Molinanın cinayət zamanı yaxınlıqda olduğunu göstərdiyinə görə bütün bunlar onun saxlanılması üçün kifayət edib. Ancaq sonra müstəntiqlər digər şübhəlini tapıblar. Bu, Molinanın anasının keçmiş dostu olub. Molina isə arada bu şəxsə öz avtomobilini sürməyə icazə verirmiş.

Qeyd edək ki, “Google”-un güc strukturları ilə çalışan əməkdaşlarının “The New York Times”-a bildirdiyinə görə, ABŞ polisinin müəyyən ərazidə bütün cihazların yerləşməsinə dair sorğu sayı son yarım ildə kəskin artıb.

Samirə Məmmədova