gagarin-capital-biometrik-texnologiyalarin-tertibati-uzre-rusiyali-startapa-maya-qoyacaq

"Gagarin Capital” biometrik texnologiyaların tərtibatı üzrə Rusiyalı startapa maya qoyacaq

Nikolay Davıdovun fondu olan “Gagarin Capital” və Amerikanın “GSR Ventures” fondu “A” raundunda Rusiya mənşəli “IDR&D” startapına 5,7 milyon dollar yatırım ediblər. İnsider.az bu barədə xəbəri “Rusbase”-ə istinadla çatdırır.

“GSR Ventures” “IDR&D”-in yeni investorudur. “Gagarin Capital” isə startapa daha əvvəl yatırım edib. Bu raund boyu Rusiya fondu payını artırsa da, fondlar əldə olunan payları və startapın dəyərini açıqlamır.

“IDR&D” süni intellektin istifadəsilə səsli və davranışlı biometrik texnologiyaları, həmçinin səs və üz imitasiyasından müdafiəni tərtib edir. Sistem sintez edilmiş və ya yazılmış nitqi istifadəçi səsindən ayıra və foto, video və ya insan sifəti modeli vasitəsilə sistemə şübhəli giriş cəhdlərini müəyyən edə bilir.

2019-cu ilin ilk rübündə startap müştəri bazasını 25% artırıb. “IDR&D” servislərindən “Google”, “Alibaba” və “Samsung” faydalanır.

Qeyd edək ki, “IDR&D” ABŞ-da yerləşir. Şirkəti 2016-cı ildə Aleksey Xitrov və Konstantin Simonçik təsis ediblər.

Samirə Məmmədova