fransada-koronavirusu-mehv-eden-qoruyucu-maska-yaradilib

Fransada koronavirusu məhv edən qoruyucu maska yaradılıb

Fransanın “BioSerenity” şirkəti koronavirusu məhv edən qoruyucu maska yaradıb. Bu barədə “BFMTV” telekanalının məlumatında deyilir.

Şirkətin baş direktoru Mark Fruenin sözlərinə görə, maska “virusları bloklama” qabiliyyətinə malikdir. Fərdi qoruyucu vasitə dörd qatdan ibarətdir. Onlardan biri bakterisid (mikrobları öldürən) və antivirus xüsusiyyətlərinə malikdir. Birdəfəlik istifadə üçün nəzərdə tutulan maskanı dörd saatdan çox taxmamaq tövsiyə olunur.

Məlumata görə, qiyməti 1,49 avro təşkil edən maska fevralın 16-dan satışa çıxarılıb. Bundan əlavə, maskanın cərrahi versiyasının sertifikatlaşdırılması və tibb işçilərinə göndərilməsi planlaşdırılır.

Bir müddət əvvəl Şotlandiyanın Edinburq Universitetinin alimləri tərəfindən qoruyucu maskaların koronavirusun böyük damcılar vasitəsilə yayılma riskini 99,9 faiz azaltması aşkarlanıb.

ICTnews