formula-1-teqvimine-yeni-qran-pri-elave-edilib

"Formula 1" təqviminə yeni Qran-pri əlavə edilib

"Formula 1" üzrə dünya çempionatının təqviminə yeni Qran-pri əlavə olunub.

Bu il 19 - 21 noyabrda ilk dəfə Qətərdə yarış təşkil olunacaq.

Bundan əlavə, rəhbərlik Qətərlə 2023-cü ildən qüvvəyə minəcək 10 illik müqavilə imzalayıb. Bu ölkəyə 2022-ci ilin "Formula 1" mərhələsinin salınmaması futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəyi ilə əlaqədardır.

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşib.