fitch-efqanistan-iqtisadiyyati-bu-il-10-dek-kicilecek

"Fitch": Əfqanıstan iqtisadiyyatı bu il 10%-dək kiçiləcək

"Fitch Solutions" şirkəti "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkə iqtisadiyyatı üzrə builki proqnozunu 0,4% böyümədən 9,7% azalmaya dəyişib.

 "Fitch Solutions"ın yaydığı məlumata görə, 2022-ci il üzrə ÜDM proqnozu isə 0,9%-lik böyümədən 5,2% kiçilməyə qədər endirilib.

Şirkət qeyd edir ki, ABŞ təhlükəsizlik qüvvələrinin ölkəni tərk etməsi və "Taliban"ın nəzarəti ələ keçirməsi Əfqanıstanda iqtisadi problemlərin kəskin şəkildə hiss ediləcəyi anlamına gəlir.

© APA