“Fitch” beynəlxalq reytinq agentliyi dünya bazarında “Brent” markalı neftin 2019-2020-ci illərdə qiyməti ilə bağlı proqnozlarını azaldıb. İnsider.az xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.
Belə ki, "Fitch" bu il "Brent" neftinin 1 barrelinin orta qiymətini 70 ABŞ dolları məbləğində proqnozlaşdırır ki, bu da əvvəlki proqnozdan 3 dollar azdır. Agentlik gələn il üçün proqnozunu isə 80 dollardan 76 dollara endirib.
"Fitch"-in proqnozlarına yenidən baxması ötən ay əmtəə birjalarından neftin kəskin ucuzlaşması, bu səbəbdən, investorların "qara qızıla" tələbatının azalması və makroiqtisadi şərtlərdən narahatlığı ilə bağlıdır. Bununla belə, agentlik hesab edir ki, OPEC+ sazişinin iştirakçısı olan ölkələr dünya neft bazarını tənzimləməyə davam edəcək və ilin II yarısında qiymətlər yenidən artmağa başlayacaq.
© Report.az