faizleri-artiran-fed-tenezzul-yaratmaqda-gunahlandirilir

Faizləri artıran FED "tənəzzül yaratmaqda" günahlandırılır

ABŞ-da Nümayəndələr Palatasının Demokrat üzvü Çərşənbə günü Federal Ehtiyat Sisteminin (FED) sədri Jerome Powell- ə (Cerom Pauell) ​​bildirib ki, FED, inflyasiyanın aşağı salınması üçün faiz dərəcələrini yüksəltməklə “resessiya hazırlayır” (tənəzzül) və mərkəzi bankdan gələcək faiz artımlarından geri çəkilməsini xahiş edib.

Massaçusetsdən olan Palatanın üzvü Ayanna Pressli Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin dinləmələri zamanı cənab Pauelldən faizlərin artırılması kursunu dayandırmağı xahiş edib. O, Fed-in qaçılmaz tənəzzül riski yaratdığını söyləyib, çünki faizlərin daha da artırılması işçilərin ixtisarına səbəb olur.

Cənab Pauell onun tənəzzülün qaçılmaz olduğu iddiasını rədd edib və bildirib ki, mərkəzi bank xroniki qiymət artımları ilə mübarizə aparmalıdır.

"Biz tənəzzül yaratmağa çalışmırıq və düşünmürük ki, tənəzzülə ehtiyacımız var", - o, deyib.

Xanım Pressli soruşub: “Faiz artımını dayandıracaqsınız, hə, yoxsa yox?”ş

“Faiz artımını dayandıracağam” mövzusunda “hə və ya yox” demirəm”, - cənab Pauell cavab verib. O, FED-in yanvar ayında 6,4% olan inflyasiyanı cilovlamaq üçün faizləri gözləniləndən daha çox artırmaq və daha yüksək səviyyələrə çatdırmaq məcburiyyətində olduğunu ifadə edib.

Marja