“Facebook” təkcə öz fərdi tətbiqlərində deyil, bütün dünyada pulun hərəkət etmə yolunu dəyişmək üçün yeni rəqəmsal valyuta və maliyyə sisteminin yaradılması üzrə iddialı planını açıqladı. İnsider.az bu barədə xəbəri “CNBC”-yə istinadla çatdırır.
Şirkət çıxışının gələn ilin birinci yarısına planlaşdırıldığı “Libra” adlı açıq-kodlu rəqəmsal valyutanın yaradılması üzrə konsorsiuma başçılıq edir. Məqsəd bütün dünyada istifadəçilər tərəfindən, şəkillərin, ya da ismarışların göndərilməsində olduğu kimi, pulun da rahat, təhlükəsiz və ödənişsiz göndərilməsidir.
“Libra”-nı “Facebook” yox, bir sıra şirkət və təşkilatların dəstəklədiyi qeyri-kommersiya assosiasiyası idarə edəcək. Lakin “Facebook”-un valyuta saxlanması və mübadiləsi üçün eyni adlı rəqəmsal pul qabı yaradan yeni “Calibra” törəmə şirkəti vasitəsilə bundan gəlir əldə etmək kimi planları var.
Şirkətdən verilən məlumata görə, pul qabınızdan əldə edilən maliyyə məlumatı “Facebook” platformalarında targetinq üçün istifadə olunmayacaq, çünki iki bölmələr tamamilə ayrı saxlanacaq.
Elan “Facebook”-un konfidensiallıqla bağlı bir sıra problemlərlə üzləşdiyindən sonra çıxdı. Bu da, öz növbəsində, insanların sosial platformaya öz maliyyə məlumatlarını etibar edib-etməyəcəkləri barədə sualları qaldırırdı. “Facebook”-un “Calibra” bölməsinin lideri Devid Markus deyir ki, məhz buna görə də “Facebook”-un valyutanın idarə etməsində olmaması belə vacibdir.
“Libra” dövlətin dəstəklədiyi stabil pulla təmin olunacaq. Yəni bir sözlə, “Libra” daha çox ənənəvi pula bənzəyəcək.
“Facebook Calibra” rəqəmsal pul qabı ayrı tətbiq şəklində “Messenger” və “WhatsApp” inteqrasiya olunacaq.
Təhlükəsizliyi artırmaq üçün “Calibra” bankların və kredit kartların istifadə etdiyi dələduzluğun yoxlanması və ondan qorumanın eyni proseslərini tətbiq edəcək. Giriş əldə etmək üçün istifadəçilərin etibarlı dövlət İD-si (identifikatoru) olmalı və onlar “FaceID”-nin imkanlarından faydalanaraq, iki-faktorlu autentifikasiya da istifadə etməlidirlər. Servisin quraşdırılmış dələduzuq opsiyası və ayrılmış canlı dəstəyi olacaq. Əgər kimsə istifadəçinin hesabına giriş əldə etsə, “Calibra” istənilən itirilmiş aktivlərin əvəzini ödəməyə söz verir.
Blokçeyn “Libra”-nın açıq-kodlu olma faktı o deməkdir ki, istənilən şəxs valyutanı istifadə edə bilən servis və ya tətbiqi yarada biləcək. Servis istifadəsi üçün olan pul qabılar da uyğun gələcək, ona görə də siz “Facebook Calibra” pul qabından “Libra”-nı qəbul edən istənilən başqa sistemə yollaya bilərsiniz.
Bu işdə “Facebook”-a təsisçi üzv kimi 27 şirkət və təşkilat qoşulub: aralarında “Visa”, “Stripe”, “PayPal”, “eBay”, “Lyft,” “Uber”, “Spotify”, “Iliad”, “Vodafone” və s. kimi nəhəng şirkətlər var.
Yeri gəlmişkən, Devid Markus gələcəkdə “Facebook”-un, misal üçün, kreditlər kimi, yeni maliyyə xidmətlərini təklif edəcəyini də gözləyir.
Samirə Məmmədova