facebook-whatsapp-ve-instagram-da-yene-kutlevi-problem-yasanib

“Facebook”, “Whatsapp” və “Instagram”-da yenə kütləvi problem yaşanıb

Aprelin 14-ü “Facebook”, “Whatsapp” və “İnstagram”-da kütləvi problem yaşanıb.

İnsider.azDowndetector.com”-a istinadla bildirir ki, problem Bakı saatı ilə 15:00 radələrində başlayıb.

Servisin xəritəsinə nəzər saldıqda məlum olur ki, ən çox nasazlıq Avropa, Malayziya və ABŞ-ın sağ sahilində müşahidə edilib.

“Facebook”-la bağlı problem barədə 9 mindən çox istifadəçi xəbər verib.

“The Verge”-ün məlumatına görə, “Facebook Messenger”-də də nasazlıq yaşanıb.

Xatırladaq ki, sosial şəbəkə tarixində belə irimiqyaslı problem daha öncə martın 13-ü yaranmışdı.

Samirə Məmmədova