facebook-tesadufen-1-5-istifadecinin-e-poct-kontaktlarini-onlardan-icazesiz-yukleyib

“Facebook” "təsadüfən" 1,5 istifadəçinin e-poçt kontaktlarını onlardan icazəsiz yükləyib

“Facebook” sosial şəbəkəsi təsadüfən 1,5 milyon istifadəçinin elektron poçtundan kontaktları yükləyib. Bu barədə İnsider.azBusiness Insider”-a istinadla xəbər verir.

2016-cı ilin may ayından “Facebook” hesabların verifikasiyası üçün bəzi istifadəçilərdən təkcə elektron poçt ünvanlarını deyil, hətta e-poçt ünvanlarının şifrələrini də tələb edirmiş. Eyni zamanda sosial şəbəkə istifadəçilərə könüllü olaraq öz kontaktlarını yükləməyi təklif edirdi.

Bir qədər sonra şirkət istifadəçiləri kontakt yükləməsi barədə məlumatlandıran ismarıcı silərək, bu funksiyanı dəyişdi. Lakin funksiyanın özü işləməyə davam edirdi.

Şirkətdən bildiriblər ki, toplanmış məlumatlar “Facebook” reklam targetinqinin yaxşılaşdırılması və dostları tövsiyyə etmək üçün istifadə edilirdi. “Facebook” əmin edib ki, bu kontaktlar heç kimə ötürülmürdü və şirkət artıq onları silir. Məlumatları import olunmuş istifadəçiləri də problemlə bağlı xəbərdar edəcəklər.

Qeyd edək ki, 2019-cu ilin mart ayında “e-sushi” ləqəbli kibertəhlükəsizlik üzrə mütəxəssis sezmişdi ki, “Facebook” yeni hesabın qeydiyyatı zamanı elektron poçtun şifrəsini tələb edir. Bununla yanaşı, sosial şəbəkə digər verifikasiya üsullarını təklif etmirdi. “Facebook” bunun ən təhlükəsiz yoxlama üsulu olmadığını etiraf edib və söz verib ki, bu təcrübəni dayandıracaq.

Samirə Məmmədova