ermeniler-qebele-ve-kurdemiri-elbrus-dan-atese-tutub-resmi

Ermənilər Qəbələ və Kürdəmiri “Elbrus”dan atəşə tutub - RƏSMİ

Ermənistan silahlı qüvvələri Qəbələ və Kürdəmir rayonlarını hədəfə alıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bununla bağlı “Twitter” hesabında məlumat yayıb.

ANAMA-nın xüsusi qrupları əməliyyat yerinə baxış keçirib və atılan raketin ballistik 8K14 (ELBRUS/SCUT) tipli olduğu müəyyən edilib.