erdogan-afad-a-nezareti-oz-uzerine-goturdu

Ərdoğan AFAD-a nəzarəti öz üzərinə götürdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) nəzarəti öz üzərinə götürüb.

Türkiyə lideri episentri Kahramanmaraşın Pazarcık rayonunda olan və 10 vilayətə təsir edən 7,4 bal gücündə zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün AFAD-a rəhbərlik edəcək.

Ərdoğanın AFAD Koordinasiya Mərkəzindəki qiymətləndirmələrdən sonra açıqlama verməsi gözlənilir.

Oxu.Az