en-berbad-sifrelerin-reytinqi-tertib-edilib

Ən bərbad şifrələrin reytinqi tərtib edilib

Kibertəhlükəsizlik sahəsindən olan britaniyalı ekspertlər qrupu istifadəçilərin hələ də istifadə etməyə davam etdikləri ən pis şifrələrin reytinqini tərtib ediblər.

Araşdırma çərçivəsində mütəxəssislər “haveibeenpwned.com” səhifəsinin müəllifi olan Troy Hantın bazasını istifadə ediblər.

İlk yerdə, gözlənildiyi kimi, 123456 kombinasiyası yer tutub. Populyar olan "qwerty" isə üçüncü mövqedə yerləşib.

Tədqiqatçıların məlumatına görə, siyahıya liderlik edən kombinasiyanı bugünə 23,3 milyon hesabda istifadə edirlər.

İnsider.az ən bərbad şifrələrin tam siyahısını təqdim edir:

•    123456 — 23,2 milyon 
•    123456789 — 7,7 milyon
•    qwerty— 3,8 milyon
•    password(ingilis dilində “şifrə” sözü) — 3,6 milyon
•    11111111 — 3,1 milyon
•    12345678 — 2,9 milyon
•    abc123 — 2,8 milyon
•    1234567 — 2,5 milyon
•    password1 — 2,4 milyon
•    12345 — 2,3 milyon
•    1234567890 — 2,2 milyon
•    123123 — 2,2 milyon
•    000000 — 1,9 milyon
•    iloveyou — 1,6 milyon
•    1234 — 1,3 milyon
•    1q2w3e4r5t — 1,2 milyon
•    Qwertyuiop — 1,1 milyon
•    123 — 1,02 miyon
•    Monkey (ingilis dilində “meymun” sözü) — 980 min
•    Dragon(ingilis dilində “əjdaha”) — 968 min.

Samirə Məmmədova