elman-rustemov-manatin-mezennesi-barede-danisdi-ilin-sonunadek

Elman Rüstəmov manatın məzənnəsi barədə danışdı - İLİN SONUNADƏK....

“Hazırda manatın məzənnəsi üçün təhlükə yoxdur.”

İnsider.az xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi bankının sədri Elman Rüstəmov bildirib.

“Mantın məzənnəsi dayanıqlıdır və onun sabitliyinə bu gün təhdid yoxdur. Rüb ərzində 30-a yaxın valyuta hərracı keçirilib və hərraclarda tələb və təklif demək olar ki, bərabər olmuşdur. Hətta, Dövlət Neft Fondu bir qədər satış qrafikində geri qalıb. Əhəmiyyətli bir rəqəm olmasa da, valyuta bazarında tələb təklifi üstələmişdir. Neftin əlverişli qiyməti, ticarət və tədiyyə balansının müsbət saldosu Manatın məzənnəsinə ilin sonunadək müsbət baxmağa imkan verir”,- Elman Rüstəmov deyib.

Elman Rüstəmov əlavə edib ki, 30 hərrac vasitəsilə təxminən 1,9 milyard dollar valyuta satılıb, bu da nəzərdə tutulmuş satış planından təxminən 100 milyon dollar azdır.

Mərkəzi Bankın sədri əlavə edib ki, Mərkəzi Bank ilk rübdə bazardan 150 milyon dollar valyuta da alıb.

©Marja