duyu-cantasindan-uc-milyon-rubl-cixdi-foto

Düyü çantasından üç milyon rubl çıxdı - FOTO

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun nəzarət zonasında gömrük nəzarətinə bəyan olunmayan üç milyon Rusiya rublu (80 100 AZN - red.) aşkarlanıb.

İnsider.az xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb. 

Bildirilib ki, pullar Rusiya vətəndaşının idarə etdiyi “Toyota Camry” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin yük yerində olan karton qutudakı şüşə bankaların arasına yerləşdirilən düyü çantasından tapılıb. 

Faktla bağlı araşdırma aparılır.