durov-telegram-a-edilen-ddos-hucumun-honkonqdaki-etirazlarla-bagli-oldugunu-deyib

Durov “Telegram”-a edilən DdoS-hücumun Honkonqdakı etirazlarla bağlı olduğunu deyib

“Telegram”  messencerinə edilən DDoS-hücumda Çin hakimiyyətinin əli ola bilər.

İnsider.az bildirir ki, bunu “Telegram” təsisçisi Pavel Durov özünün “Twitter”-dəki bloqunda yazıb.

Onun sözlərinə görə, hücum əsasən çin İP-ünvanlardan edilib, hücumun vaxtı isə Honkonqdakı etirazlarla üst-üstə düşüb – aksiya iştirakçıları öz hərəkətlərini “Telegram” vasitəsilə koordinasiya ediblər.

Xatırladaq ki, iyunun 11-i gündüz “Telegram”-da problem yaşanıb. Problem Rusiya, Belarus, Almaniya, İtaliya və digər ölkələrin istifadəçilərinə toxunub. Növbəti gün isə şirkət nümayəndələri messencerin irimiqyaslı Ddos-hücuma məruz qaldığını xəbər verdilər.

Qeyd edək ki, Honkonqdakı etiraz aksiyaları iyunun 9-u başlayıb. 300 min nəfərdən çox insan yerli sakinlərin Çinə ekstradisiyasına icazə verən qanuna qarşı nümayişlərə çıxıb.

Samirə Məmmədova