dunyanin-ilk-5g-hoteli-acildi

Dünyanın ilk 5G hoteli açıldı

Smartfon istehsalçısı Oppo Avstraliyada dünyanın ilk 5G otelini istifadəyə verib.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çin smartfon istehsalçısı Oppo 5G üçün fərqli bir konseptsiya təqdim edib. Ən müasir yük konteynerini futuristik hotelə çevirən Oppo Avstraliyada dünyanın ilk 5G hotelini açıb. Oppo-nun Reno 5G smartfonu və 5G şəbəkə qurğuları ilə inşa edilən hotel ilk qonaqlarını Avstraliyanın Gold Coast şəhərindəki mədəniyyət və sənət mərkəzi Home of the Artsdə (Hota) qəbul etməyə başlayıb. Şirkət gəmi konteynerini futuristik hotelə çevirməklə dünyanın ən son texnologiya ilə təchiz edilmiş ilk 5G otel layihəsi ilə nəyin mümkün olduğunu göstərir. 

Oteldə olan xüsusiyyətlər

"Smart Mirror" qonaqlara güzgüdən gözlədikləri hər şeyi və daha çoxunu təklif edir. Onlar güzgüdən ən son xəbərləri izləyə, səhmlər haqqında ən son məlumatları öyrən, qəzet oxuya, filmə baxa və ya güzgüdən selfi çəkə bilərlər.

Play Anywhere xüsusiyyəti ilə otelin 5G oyun dəsti qonaqlara yüksək keyfiyyətli oyun kompüteri imkanı təqdim edir. PC-dən oyun oynamaqla yanaşı Reno 5G smartfonu oyun kitabxanasına da daxil ola bilər.

Qonaqlar səslə idarə etmə xüsusiyyətindən yararlanaraq oteldə işıqlandırma işlədə, ən sevdikləri mahnıları YouTube-da səsləndirə və ya Googledən axtarış edə bilərlər.

5G Otel Avstraliyada texnologiya və səyahət həvəskarlarına fərqli təcrübələr yaşadacaq yerlərdəndir.

Nübar Lətifli