dunyanin-en-boyuk-iphone-zavodunda-istehsal-dayanib

Dünyanın ən böyük iPhone zavodunda istehsal dayanıb

Morgan Stanley analitikləri bildiriblər ki, Foxconn Technology Group-un Çinin Zhengzhou şəhərində müəssisələrinin koronavirusun yayılması səbəbindən bağlanması, Apple şirkətinin iPhone istehsalından əldə olunan gəlirinin 36 faiz azalması ilə nəticələnəcək.

Çində Covid 19 tədbirlərinə görə Tayvanın "Foxconn Technology Group" şirkətinin Çinin Zhengzhou şəhərində yerləşən müəssisələrində də istehsal dayandırılıb. Foxconn şirkəti ABŞ-ın Apple şirkəti üçün iPhone-ları istehsal edir.

Marja xəbər verir ki, qlobal investisuya bankı Morgan Stanley-in analitikləri, "Foxconn Technology Group" şirkətinin Çinin Zhengzhou şəhərində koronavirusun yayılması ilə mübarizə apardığı üçün ilin qalan hissəsində iPhone-ları göndərə bilməməsi vəziyyətində, “Apple” şirkətinin “iPhone” istehsalından əldə olunan gəlirinin 36 faiz azalması ilə nəticələnəcək.

Apple-ın ən mühüm tədarükçüsü kimi tanınan Foxconn şirkətinin Zhengzhou şəhərindəki müəssisələrində işçilərin bəziləri komendant saatından əvvəl zavoddan çıxa biliblər, bir çoxları isə ciddi karantinə yerləşdiriliblər. Hazırda Dünyanın ən böyük iPhone zavodunda istehsal dayanıb.

Marja