ABŞ prezidenti Donald Tramp 2018-ci ildə ən azından 434 milyon ABŞ dolları qazanıb.
İnsider.az xəbər verir ki, Ağ ev adminstarsiyasının başçısının hesabında 552 aktiv var, o cümlədən daşınmaz əmlak, şirkətlər, qiymətli kağızlar. Prezidentin sahib olduğu “Trump İnternational” oteli ona 40,8 milyon dollar, Floridadakı Mar-a-Laqo kurortu isə 22,7 milyon dollar gəlir gətirib.
Qeyd edilir ki, əvvəlki illə müqayisədə Donald Trampın gəlirləri 2018-ci ildə azalıb.
©Finans