donald-tramp-abs-in-dagilacagi-tarixi-aciqlayib

Donald Tramp ABŞ-ın dağılacağı tarixi açıqlayıb

“Üç il ərzində ABŞ adlı bir ölkə qalmayacaq”.

Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində bildirib.

“Hazırda ABŞ əvvəllər heç vaxt olmadığı qədər relsdən çıxıb”, - o vurğulayıb.

2024-cü ildə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran D.Tramp deyib: “2022 və 2024-cü illərdə keçiriləcək seçkilərə gedəndə ölkədən əlimizdə heç nə qalmayacaq”.

Sabiq dövlət başçısı ABŞ indiki Prezidenti Cozef Baydeni tənqid edib. O, amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra baş verənlərə və Meksika sərhədindəki hadisələrə diqqət çəkərək deyib: “Bütün dünyada istehza mənbəyinə çevrilmişik”.

Report