dollar-2021-de-20-e-qeder-ucuzlasa-biler

Dollar 2021-də 20%-ə qədər ucuzlaşa bilər

Citi-dən peyvənd xəbərlərindən sonra dollar analizi

Hazırlanan peyvəndlərin koronavirusa qarşı təsirli olduğunu göstərən araşdırmaların ardından, qlobal bazarlarda, peyvəndin tətbiqinin yayılmasının sərmayəçiləri dollardan daha da uzaqlaşdıra biləcəyi şərhləri edilir.

İnsider.az xəbər verir ki, qlobal maliyyə xidmətləri şirkəti Citi-nin strateqlərinə görə, peyvəndlərin geniş miqyasda istifadəsinin təmin edilməsi vəziyyətində dollar mühüm valyutalar qarşısında 2021-ci ildə 20%-ə qədər ucuzlaşa bilər.

Strateqlər peyvəndin yayılması vəziyyətində dolların bir ildən çox davam edən 2000-ci illərin ortalarındakına bənzər bir ucuzlaşma yaşayacağı qənaətindədirlər.

Citi-yə görə, peyvənd ilə bərabər, Fed-in aşağı faizləri saxlaması və dünya ölkələrində daha sürətli iqtisadi artımlar dolların dəyərini azaldacaq digər faktorlar olacaqdır.

Bloomberg Dollar İndeksi mart ayındakı ən yüksək səviyyəsindən təxminən 11% azalma qeyd etmiş vəziyyətdədir. 

Pfizer-Biontech-in ardından Moderna-nın peyvəndinin nəticəsi risk iştahını artırıb.

Pfizer və Biontech şirkətlərinin hazırladıqları peyvəndin 90% təsirli olduğu xəbərinin ardından, Moderna şirkəti hazırladığı peyvəndin 94,5% təsirli olduğunu açıqlayıb. Bu, bazarlardakı risk iştahını artırıb, "etibarlı limanlara" tələbi azaldıb.

Marja