din-in-zabitlerine-general-mayor-rutbesi-verildi-serencam

DİN-in zabitlərinə general-mayor rütbəsi verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə polis general-mayoru ali xüsusi rütbəsi verilib:

polis polkovniki Canpolad Alı oğlu Daanova;

polis polkovniki Namiq Zirəddin oğlu Həsənova;

polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərova;

polis polkovniki Sərdar Süleyman oğlu Səfərova.

AZƏRTAC