depozit-herracinda-teleb-teklifden-3-defe-cox-olub

Depozit hərracında tələb təklifdən 3 dəfə çox olub

29.04.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 449 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil etmişdir.

İnsider.az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini açıqlmışdı və bu məbləği də cəlb edib.