clockwise-isci-teqvimi-optimizatoru-ise-basladi

“Clockwise” işçi təqvimi optimizatoru işə başladı

İşçi təqviminin optimallaşdırılması üçün servis tərtib etmiş “Clockwise” startapı A raundunda başda “Greylock” və “Accel” vençur şirkətləri olmaqla, bir qrup investordan təxminən 11 milyon dollar cəlb edib. İnsider.az bu barədə “TechCrunch”-a istinadla xəbər verir.

Şirkət həmçinin beta-tesetmənin bitməsi və servisin kütləvi auditoriya üçün işə salınması barədə elan verib. Servis maşın öyrənilməsi texnologiyasını istifadə edir. O, təqvimdə görüşləri və digər işləri qruplaşdırmağa imkan verir və bununla əsas iş üçün daha çox boş vaxt yaradır.

“Clockwise”-ı qoşmaq üçün istifadəçiyə “Google Chrome” brauzerində genişləndirməni quraşdırmaq lazımdır. Sonra potensial olaraq başqa vaxta keçirilməsi mümkün olan görüşləri seçmək gərəkdir. Servis təqvimdəki məsələləri avtomatik olaraq təhlil edəcək və onu (təqvimi) optimallaşdıracaq.

Nə qədər çox şirkət işçisi servisə qoşulsa, o, bir o qədər çox məsələlər haqda verilənləri əldə edib, qrafiki daha yaxşı optimallaşdıra biləcək. Həmçinin servis “Slack” təqvimini və korporativ messencerini də sinxronlaşdırır.

Hələ ki, servis pulsuz işləyir, lakin gələcəkdə startap onu monetizasiya etmək istəyir. Həmçinin tərtibatçılar servisə təkcə “Google Calendar”-ı deyil, digər təqvimləri də əlavə etməyi planlaşdırır.

Qeyd edək ki, “Clockwise” 2016-cı ildə təsis olunub və San-Fransiskoda yerləşir. Şirkət ümumi olaraq təqribən 13 milyon dollar cəlb edib. Servisdən isə artıq startapın saytında yazılana görə, “Slack”, “Lyft”, “Asana”, “Twitter” və digər şirkətlər istifadə edir.

Samirə Məmmədova