cinde-usaq-baxcalarinda-robotlar-hekimleri-evez-edir

Çində uşaq baxçalarında robotlar həkimləri əvəz edir

Süni zəka texnologiyası hər keçən gün inkişaf etdikcə ortaya bir-birindən fərqli robot növləri çıxır. Robotların istifadəsinin ən çox olduğu ölkələrdən biri olan Çində 2 mindən çox uşaq bağçasında həkim əvəzi müayinə edə bilən robotlar istifadə edilir.

İnsider.az xəbər verir ki, uşaq bağçalarında oxuyan uşaqlar hər səhər müayinə robotuna gözlərini, boğazlarını və əllərini göstərərək sağlamlıq testindən keçir. Kameralar və infraqırmızı sensorlarla təchiz edilən müayinə robotu boğaz ağrısından yüksək hərarətə qədər müxtəlif xəstəlik əlamətlərini yalnız 3 saniyədə müəyyən edə bilir.

Robotlar uşaq bağçasında uşaqların sağlamlıq yoxlamasını bitirdikdən sonra müdirə aparılmış toplu sağlamlıq hesabatını göndərir. Hesabatlara baxan məktəb müdiri və tibb bacıları, mənfi bir vəziyyət tapdıqda uşağı daha sonra araşdırma üçün həkimə göndərə bilərlər. Çin hökuməti bütün ibtidai sinif şagirdlərinin gündəlik müayinəsini tələb edir. Vaxta qənaətə görə sağlamlıq robotları ölkə daxilində geniş istifadə olunur.