Çinin SAIC şirkətinin bir hissəsi olan “Maxus” brendi yaşayış sahəsi 18 kvadratmetr olan “Maxus Everest” ikimərtəbəli avtomobil evini təqdim edib.
O, SAIC-in “Hongyan” adlı kommersiya brendinin “Genlion H6” yük maşını platformasında hazırlanıb.
Yük maşınının birinci mərtəbəsində mətbəx-yemək otağı, hamam və qatlanan terras, ikinci mərtəbəsində isə çarpayı və divan var.
Yük maşını suyun filtrasiyası və isitmə sistemləri, məişət texnikası, yeraltı istilik sistemi, proyektorlar və iki kondisionerlə təchiz olunub. Elektrik cihazlarının işinə cavabdehliyi 29 kVt/saat tutumlu litium-ion batareya daşıyır, onu günəş panellərindən və mühərrikdən doldurmaq olar.
Qeyd olunur ki, avtomobil ev IVECO tərəfindən hazırlanmış 8,7 litrlik dizel mühərriki (330 at gücü, 1400 Nm fırlanma anı), 6 diapazonlu avtomatik sürət qutusu, tam ötürmə sistemi və üç diferensial kilidlə təchiz edilib. Yanacaq çəninin standart tutumu 300 litrdir ki, bu da min kilometr məsafəyə kifayət etməlidir (əlavə ödənişlə 600 litrlik çən təklif olunur).
Yük maşınının qiyməti 2,88 milyon yuan (təxminən 687 min manat) təşkil edir.