Çinin daimi komitəsi olan Xalq Siyasi Konsultativ Şurasının üzvü Van Şoutzünün bildirdiyi kimi, “ağır əməyin neçə-neçə onilliklər sayəsində nail olunan nüvə energetikasının irimiqyaslı uğurları” fonunda ÇXR “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində digər ölkələrdə 30-a qədər nüvə reaktoru inşa edə bilər.
İnsider.az bu barədə “Kommersant”-a istinadla xəbər verir.
Məmurun sözlərinə görə, dünyanın 70-dən çox ölkəsi öz nüvə energetikasını inkişaf etdirməyi planlaşdırır və bunlardan 41-i artıq bu təşəbbüsdə iştirak edir.
“Əgər Çin təşəbbüs çərçivəsində bu bazarın 20%-ni əldə edə bilsə, yəni təxminən 30 reaktor tikə bilsə, onda 2030-cu ilə bu layihələr çinli şirkətlərə 1 trilyon yuana (145,5 milyard dollar) kimi gəlir gətirər, 5 milyon iş yerinin yaradılmasını təmin edər”, - deyə, Şoutzün bildirib. O, əlavə edib ki, Çin “Bir kəmər – bir yol” təşəbbüsü ilə gələn bütün imkanlardan tam şəkildə faydalanmalıdır.
Samirə Məmmədova