ceyhun-bayramov-moskvada-namelum-esgerin-mezari-onune-eklil-qoyub-foto

Ceyhun Bayramov Moskvada naməlum əsgərin məzarı önünə əklil qoyub - FOTO

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kreml divarları yaxınlığında yerləşən naməlum əsgərin məzarı önünə əklil qoyub.

C.Bayramov səfər çərçivəsində bu gün rusiyalı həmkarı Sergey Lavrov ilə görüşəcək.

XİN rəhbərləri görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini müzakirə edəcək, həmçinin regional, beynəlxalq gündəliyin aktual aspektləri, o cümlədən Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparacaqlar.

 

Report