cenubi-qafqaz-boru-kemerinin-orta-gundelik-oturuculuk-gucu-16-5-artirilib

Cənubi Qafqaz Boru Kəmərinin orta gündəlik ötürücülük gücü 16,5% artırılıb

Ötən il Cənubi Qafqaz Boru Kəməri (CQBK) və onun genişləndirilmiş hissəsi (genişləndirilmiş boru kəməri – CQBKG) üzrə əməliyyat xərcləri 47 mln. ABŞ dollarından artıq olub. 2019-cu illə müqayisədə bu göstərici 2,1% azalıb.

İnsider.az BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin yekunlarına görə dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövründə CQBK və CQBKG üzrə əsaslı xərcləri təqribən 13 mln. dollar olub (2,6 dəfə azalma).

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG (Cənub Qaz Dəhlizi çərçivəsində) isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında başlayıb.

APA