bu-uc-amerikan-fond-indeksi-yeni-rekrord-vurub

Bu üç amerikan fond indeksi yeni rekrord vurub

ABŞ-ın əsas birja indeksləri iyulun 3-ü çərşənbə günün ticari sessiyasını yeni bağlanma rekordları ilə başa vurub. “Dow Jones Industrial Average” günün sonuna 29966 bəndə, “S&P 500” 2995 bəndə, “Nasdaq Composite” isə 8170 bəndə kimi yüksəlib. Bu, amerikan ticari meydançalar üçün tarixi maksimumlardır.

“Nasdaq Composite” indeksinin əsas artım faktorlarından biri “Tesla” avtoistehsalçısının səhmləri olub. Şirkətin kotirovkaları (qiymət təyin etmələri) cari ilin ikinci rübündə rekord avtomobil təchizatı haqda məlumatlardan sonra 4,6% sürətlə qalxıb.

ABŞ-ın “Facebook”, “Amazon”, “Netflix” və “Alphabet” kimi texnologiya nəhənglərinin səhmləri də müsbət nəticə göstərib. 
“CNBC”-nin yazdığına görə, ekspertlər bu yüksəlişləri investorların əsas stavkanın ABŞ Federal Rezerv Sistemi tərəfindən azaldılmasına inamı ilə izah edirlər.

Qeyd edək ki, iyulun 4-ü ABŞ Müstəqillik günü səbəbindən amerikan birjaları istirahət gününə bağlı olacaq.

Samirə Məmmədova