bu-il-olkede-8-2-milyard-kilovat-saatadek-elektrik-enerjisi-istehsal-edilib

Bu il ölkədə 8,2 milyard kilovat/saatadək elektrik enerjisi istehsal edilib

Bu ilin ilk 4 ayında Azərbaycanda 8 milyard 197,3 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 7 milyard 917,7 milyon kilovat/saat elektrik enerjisi alınıb.

İnsider.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin həcmin 7 milyard 435,2 milyon kilovat/saatı istilik, 434,5 milyon kilovat/saatı su, 7,5 milyon kilovat/saatı günəş, 40,5 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.