Bu ilin ilk 4 ayında Azərbaycandakı magistral neft kəmərləri ilə 12 milyon 950,1 min ton neft nəql olunub.
İnsider.az-ın xəbərinə görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 81 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və yanvar-aprel aylarında bu kəmərlə 10 milyon 483,7 min ton neft nəql edilib. Dörd ayda BTC ilə 1 milyon 523,4 min ton tranzit nefti də ötürülüb.