brusselde-blinken-lyayen-pasinyan-gorusu-yekunlasdi-yenilenib

Brüsseldə Blinken-Lyayen-Paşinyan görüşü yekunlaşdı - YENİLƏNİB

Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü yekunlaşıb.

Qısamüddətli görüş tərəflərin mətbuata bəyanatları ilə başa çatıb.

14:13

Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub.

Hazırda onlar mətbuata bəyanatlarla çıxış edirlər. 

Ursula fon der Lyayen “X” sosial şəbəkəsindən açdığı canlı yayımda bildirib ki, bu gün onlar ötən ilin oktyabrında Ermənistana verdikləri sözü yerinə yetirirlər:

“Biz iqtisadi tərəfdaşlığımızın gələcəyinə baxış qururuq”.

11:10

Bu gün ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə planlaşdırılan üçtərəfli görüşü olacaq.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Oxu.Az