bloomberg-dunyanin-en-bedbext-iqtisadiyyatlarini-aciqlayib

“Bloomberg” dünyanın ən bədbəxt iqtisadiyyatlarını açıqlayıb

“Bloomberg” agentliyinin analitikləri növbəti dəfə güclü inflyasiya və işsizliyin yüksək səviyyəsilə birləşən ölkələrin siyahısını tərtib ediblər.

İnsider.az xəbər verir ki, Venesuela artıq ard-arda beşinci dəfədir ki, “Bloomberg”-in hər il yenilədiyi dünyanın ən “bədbəxt” iqtisadiyyatları reytinqinə liderlik edir ("Misery Index" - "Yoxsulluq indeksi").

Venesuela höküməti bir neçə ildir ki, istehlakçı qiymət templəri və ölkədəki işsizlik səviyyəsi barədə məlumatları açıqlamır. Lakin “Bloomberg” analitikləri hesab edir ki, 2019-cu ildə inflyasiya ötən ilin təxmini 930 min faizinə qarşı 8 milyon faizi keçəcək.

Venesuela ilə yanaşı bu reytinqə onun Cənubi Amerika üzrə bir sıra qonşuları da düşüb. Belə ki,  Argentina ikinci, Uruqvay yeddi, Braziliya səkkizci yerdə qərarlaşıblar. Cədvəlin yuxarı hissəsində öz yerlərini CAR (üç), Türkiyə (dördüncü), Yunanıstan (beşinci) və Ukrayna (altıncı) qoruyurlar. “Bloomberg”-in qeyd etdiyi kimi, bu ökələr əvvəlki kimi ağır iqtisadi sarsıntı yaşayır və “qiymət artımının yatırılması və insanların işə qaytarılması işində zəif proqress” nümayiş etdirirlər.

Dünyanın ən “xoşbəxt” iqtisadiyyatı isə, “Bloomberg”-ə görə, Tailandındır. Burada aşağı inflyasiya elə o qədər də aşağı işsizlik səviyyəsilə birləşir. Yenilənmiş reytinqdə Sinqapur “gümüşü” İsveçrəyə güzəştə gedərək, təmiz ikinci yerdən Yaponiya ilə bölüşdüyü üçüncü yerə düşüb.

Samirə Məmmədova