Dekabr ayından bəri ilk kriptovalyutanın dəyəri 65% artıb.
İnsider.az bu barədə xəbəri “Chepicap”-a istinadla verir.
Bu gün əsas rəqəmsal sikkə qırmızı zonaya keçid edərək, enməyə başlayıb – son 24 saat ərzində 0,73%, yəni 5,251 dollara (8,926.7 AZN) qədər ucuzlaşıb. Artıq dekabrdakı 3,200 dollar (5,440 AZN) minimumundan 125 gün keçib.
Resurs öz növbəsində bu məlumatlarla bağlı “Twitter”-də “The Rhythm Trader” nikneymilə tanınan analitik Aleks Zipsnisin bəyanatına istinad edir.
Qeyd edək ki, “Bitcoin”-in ardı ilə kapitalizasiya üzrə digər ən iri rəqəmsal pullar da gedib. “XRP” 2,4%-ə, yəni 0,33 dollara (0.561 AZN) düşüb. “Bitcoin Cash” 4,27% itirib, hazırda onun dəyəri 297 dollarla (504.9 AZN) qiymətləndirilir.
Müsbət artım nəticələrini isə 0,48% artan “Ethereum” və 1,17% bahalaşan “Litecoin” sərgiləyir.
Samirə Məmmədova