Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
İnsider.az BFB-yə istinadən xəbər verir ki, AMB-nin 50100776S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 17 investor tərəfindən qiyməti 99,4966 AZN (6,51%) olan 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 936 817 200 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,4966 AZN (6,51%), orta ölçülmüş qiyməti 99,4966 AZN (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.
Notların ödəmə tarixi 10.07.2019-cu il.