bezi-avtomobil-qezalari-zamani-surucu-hadise-yerini-terk-ede-biler

Bəzi avtomobil qəzaları zamanı sürücü hadisə yerini tərk edə bilər

Yol-nəqliyyat hadisəsi zamanı sürücünün hansı hallarda hadisə yerini tərk edəcəyi müəyyən edilir.

İnsider.az xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir.  

Bu dəyişikliklər avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək üçündür.

Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.

Layihələr Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Oxu.Az