beynelxalq-seyyahlar-susa-seherini-ziyaret-edibler

Beynəlxalq səyyahlar Şuşa şəhərini ziyarət ediblər

Qarabağ və Şərqi Zəngəzurda dördgünlük səfərdə olan beynəlxalq səyyahlar Şuşa şəhərində olublar.

Onlar Azərbaycanın mədəniyyət paytaxtında bir sıra tarixi abidələri ziyarət ediblər.

Səyyahlara Şuşanın tarixi, işğal dövründə burada törədilmiş vandalizm və hazırda həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, iyunun 14-də beynəlxalq səyahətçilərin Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb.

Səyyahların 4 günlük səfər müddətində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət etməsi qərara alınıb.

Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunur.

Report