beynelxalq-avtomobil-federasiyasinin-prezidenti-baki-marsallari-ile-gorusub

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Bakı marşalları ilə görüşüb

2022-ci il Formula Azərbaycan Qran Prisi çərçivəsində əlamətdar görüşlərdən biri də Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammad bin Sulayemin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubunun üzvləri ilə tanışlığı olub.

M.Sulayem yerli marşalların fəaliyyəti ilə yaxından tanış olaraq, onların yarışlara hazırlığını yüksək qiymətləndirib. Bakı treki boyu çalışan 1400 marşalın yüksək performansı və yarış zamanı baş verən hadisələrə çevik reaksiya qabiliyyəti yarış direktoru Nils Vittiç və Mohammad bin Sulayem tərəfindən xüsusi vurğulanıb.

Həmçinin, FIA rəsmiləri avtoidman tarixində ilk dəfə trek ərazisində marşal postu yalnız xanımlardan ibarət heyətlə tanış olub, onlara yarış müddətində nümayiş etdirdikləri fəallığa görə təşəkkürünü bildirib.