bayden-vasinqton-iki-sakit-okean-adasinin-suverenliyini-taniyacaq

Bayden: Vaşinqton iki Sakit okean adasının suverenliyini tanıyacaq

Vaşinqton Kuk və Niue adalarının suverenliyini tanımaq niyyətindədir.

Bu barədə ABŞ Prezidenti Co Bayden ABŞ-Sakit okean adalarının birgə sammitində deyib.

Onun sözlərinə görə, yaxın onilliklərdə dünya tarixinin gedişatını daha çox Asiya-Sakit okean regionunda baş verən hadisələr müəyyən edəcək. Bu baxımdan ABŞ ada ölkələri və orada yerləşən ərazilərlə əməkdaşlığı gücləndirməyə çalışır.

“Sakit okeanda təhlükəsizlik bizim üçün və ümid edirəm ki, sizin üçün də kritik olaraq qalır. Amerikanın və dünyanın təhlükəsizliyi sizin və Sakit okean adalarının təhlükəsizliyindən asılıdır”, - deyə Bayden ABŞ-ın adaları tanımaq qərarı ilə bağlı qeyd edib.

Oxu.Az