bayden-trampi-inaqurasiyasina-devet-etdi

Bayden Trampı inaqurasiyasına dəvət etdi

ABŞ prezidentliyinə namizəd Co Bayden rəqibi, Ağ Evin hazırkı başçısı Donald Trampı andiçmə (inaqurasiya) mərasiminə dəvət edib.

İnsider.az xəbər verir ki, Bayden bu barədə CNN-ə verdiyi müsahibədə deyib.

Baydenin sözlərinə görə, Trampın mərasimə gəlməsi onun üçün əhəmiyyət kəsb etmir. Eyni zamanda o qeyd edib ki, bu xaosun sona çatdığını göstərəcək. Bundan əlavə, rəqib partiyaların əl-ələ verib, yollarına davam edib hakimiyyətin dinc şəkildə ötürülməsini göstərmələri simvolik məna daşıyacaq.

ABŞ-ın növbəti prezidentinin andiçmə mərasimi 2021-ci il yanvarın 20-də olacaq.