bayden-putinin-adini-prezident-klutin-kimi-teleffuz-etdi-video

Bayden Putinin adını “prezident Klutin” kimi tələffüz etdi - VİDEO

ABŞ Prezidenti Cozef Bayden çıxışı zamanı eskalasiya və vaksinasiya mövzularını qarışdırıb, habelə Rusiya Prezidenti Vladimir Putinin adını səhv tələffüz edib.

Bu barədə “RİA Novosti” xəbər verib.

“ABŞ vaksinasiya... eskalasiya dövrünə və Rusiya ilə qarşıdurmaya başlamaq istəmir”, - Bayden deyib.

Nitqinin davamında ABŞ prezidenti “prezident Klutin” deyərək Rusiya prezidentinin soyadını səhv səsləndirib.