barron-s-bu-hefte-goldman-sachs-citigroup-bofa-netflix-ibm-ve-j-j-in-hesabatlari-gozlenilir

“BARRON'S”: bu həftə “Goldman Sachs”, “Citigroup”, “BofA”, “Netflix”, “IBM” və “J&J”-in hesabatları gözlənilir

Birinci rüb üzrə korporativ hesabatlar mövsümü açıldı.

İnsider.az “Prime”-a istinadla bildirir ki, “S&P 500” heyətindən 47 şirkət cari həftədə öz maliyyə nəticələrini dərc edəcək.

Ən birinci ilk plana bankların hesabatları çıxacaq: bazar ertəsi – “Goldman Sachs” və “Citigroup”, çərşənbə axşamı – “Bank of America”, çərşənbə günü isə “Morgan Stanley” hesabat verir. Çərşənbə axşamı “Netflix”, “UnitedHealth Group”, “Johnson & Johnson”, “United Continental Holdings” və “International Business Machines”-in də hesabatları çıxacağı üçün gərgin gün olacağı gözlənilir. Digər vacib hesabatlar arasında çərşənbə günü “PepsiCo”, cümə axşamı isə “Honeywell International” və “Danaher”-in hesabatlarıdır.

Bundan başqa, cümə axşamı “Pinterest” ilk dəfə ictimai səhm bazarına çıxmalıdır. Şirkətin debütu Nyu-York fond birjasında baş tutacaq.

Daha ətraflı cədvəl aşağıda verilib:

Bazar ertəsi, 15 aprel

“Citigroup” və “Goldman Sachs Group” maliyyə hesabatlarını dərc edir. Bu arada “Apple<AAPL>” və “Qualcomm” təmsilçiləri müxtəlif patent mübahisələrini həll etmək üçün San-Dieqoda məhkəmədə görüşəcək. “Apple”-ın baş direktoru Tim Kukun çıxışı gözlənilir.

Çərşənbə axşamı, 16 aprel

“Bank of America”, “IBM”, “Johnson & Johnson”, “Netflix”, “United Continental Holdings” və “UnitedHealth Group” rüblük nəticələrini açıqlayacaq.

Çərşənbə, 17 aprel

“ASML Holding”, “Morgan Stanley” və “PepsiCo” nəticələr barədə hesabat verəcək.

Cümə axşamı, 18 aprel

“American Express”, “Honeywell International”, “Schlumberger” və “Travelers” rüblük maliyyə nəticələri üzrə telekonfranslar keçirir. Elə bu gün də “Pinterest” onlayn şəkil-axtarış servisinin səhmləri Nyu-York fond birjasında “PINS” tikeri altında 15-17 dollara sövdələşəcək.

Cümə, 19 aprel

“Böyük Cümə” ilə üst-üstə düşdüyü üçün Almaniya, Böyük Britaniya və ABŞ daxil, bütün dünya bazarları bağlı olacaq.

Samirə Məmmədova