bakida-maaslar-azalib

Bakıda maaşlar azalıb

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqı açıqlanıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2021-ci ilin yanvar-fevral aylarının ilkin məlumatlarına əsasən, işçilərin orta aylıq nominal əməkhaqqı 899,7 manat olub.

Qeyd edilib ki, əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 6,1 faiz azalıb.